Sabiq prezidentin qızı həbs olundu- Korrupsiyaya görə




Özbəkistanın sabiq prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimova həbs olunub.

Bu barədə Özbəkistan Baş Prokurorluğunun Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya ilə Mübarizə üzrə İdarəsi məlumat yayıb.
Məlumata əsasən Kərimovaya qarşı Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham irəli sürülüb.

"TASS" agentliyi isə yazır ki, Gülnarə Kərimova 2015-ci ildə saxlanılıb və ona beş il həbs cəzası verilib. Hazırda həbsdə olan Gülnarə Kərimovaya qarşı “külli məbləğdə dövlət əmlakının mənimsəmək, hədə-qorxu ilə pul tələb etmək” maddələri ilə ittiham irəli sürülüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu