Tramp “Green Card”ı ləğv edir




ABŞ hökuməti hər il keçirilən "Green Card" pulsuz lotereya proqramından imtina edə bilər.

AzVision.az “Washington Times"-a istinadən xəbər verir ki, Donald Trampın administrasiyası ölkənin immiqrasiya qanunvericiliyinə dəyişikliklərlə bağlı qanun layihəsi təklif edib.
Tramp sənədi "yarım əsrin ən böyük immiqrasiya islahatı" adlandırıb. "RAİSE, Reforming American İmmigration for Strong Employment" adlı layihəyə əsasən, yalnız maliyyə imkanları olan şəxslər ABŞ-a gələ biləcəklər.

Qeyd edək ki, hazırda qüvvədə olan "Müxtəlif xalqlardan olan immiqrantlar üçün immiqrasiya proqramı" proqramı ("Diversity Visa") ABŞ-da 1990-cı ildən qüvvədədir. Bu proqram çərçivəsində hər il 50 min insan ABŞ-da çalışmaq və yaşamaq icazəsi alır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu