ABŞ etiraf etdi: İŞİD-ə qarşı zərbələrdə 624 dinc sakin ölüb




2014-cü ilin avqust ayından başlayaraq ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın İraq və Suriyada İŞİD mövqelərinə zərbələri nəticəsində azı 624 dinc sakin həlak olub.

Bu barədə koalisiyanın qərargahı tərəfindən yayılan hesabatda deyilir.

Hesabatda qeyd olunur ki, bu zərbələr təkcə aviasiya deyil, həm də artilleriya zərbələrini də əhatə edir.

Bundan başqa hesabatda bildirilir ki, bu ilin iyun ayı ərzində 21 dinc sakin zərbələrin qurbanı olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu