Ermənistanda gənc nəsil ordudan imtina edir




Avqustun 4-də, saat 12:20 radələrində İrəvanda uzun müddət axtarışda olan 1996-cı il təvəllüdlü E. Aşot həbs edilib.

AzVision.az xəbər verir ki, bu barədə Ermənistan polisinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, uzun müddət axtarışda olan Aşot Ermənistan ordusunda xidmət etməkdən imtina edirdi. O, hərbi xidmətdən yayındığı üçün axtarışa verilib və ötən gün həbs edilib.

Ordudan yayınma Ermənistanda yaşanan ilk hal deyil. Aşot kimi yüzlərlə erməni gənc işğalçı ölkənin ordusunda xidmət aparmaqdan boyun qaçırır. Hazırda Ermənistanda nəinki gənc nəsil orduda xidmətdən imtina edir, hətta orduda xidmət edənlər belə müxtəlif vasitələrlə (sağlamlığına qəsdən xətər yetirmə, hərbi hissə ərazisini qanunsuz tərk etmə, intihara cəhd və s.) ordudan qaçmağa çalışır. Bu kimi proseslər ilk növbətə Ermənistan ordusunun çürük sistemə söykəndiyini əyani olaraq göstərir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu