“Türkiyə bizim düşmənimizdir”- Səfirin gizli yazışması üzə çıxdı




Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ABŞ-dakı səfiri Yusuf Uteybenin qalmaqallı yazışması dərc olunub.

“Sabah” qəzetinin yaydığı məlumata görə, səfir qalmaqal yaradacan yazışmasında ölkəsinin Qətərə və Türkiyəyə nifrət etdiyini açıq şəkildə bəyan edib.
BƏƏ-nin ABŞ-dakı səfirinin yazışması “New York Times” qəzetinin jurnalisti tərəfindən ictimailəşdirilib.

Uteybe Qətər böhranının qızışdırılmasında vacib fiqurlardan biridir. Onun Vaşinqtonda BƏƏ-nin və Səudiyyə Ərəbistanının maraqlarını lobbiləşdirdiyi iddia edilir.

Səfir Donald Trampın kürəkəni Cared Kuşnerlə çox yaxındır.

Xatırladaq ki, həmin səfir may ayında daha bir qalmaqallı çıxışı ilə yadda qalmışdı. O zaman Uteybe Türkiyə prezidenti Ərdoğan barədə demişdi: “O, yalnız güc dilini anlayır”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu