İran ordusunda qarşıdurma: ölən və yaralananlar var




İranın paytaxtı Tehranda yerləşən hava qüvvələrinə aid atış poliqonunda bir əsgər ətrafa atəş açıb.



"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində 4 hərbçi ölüb, 8 əsgər isə yaralanıb.

Hadisənin hansı səbəbdən baş verdiyi, əsgərin silahın idarəsini itirdiyi və ya psixoloji sarsıntı keçirdiyi bilinmir, lakin bilərəkdən hücum etdiyi ehtimal edilir.

Qeyd edək ki, iyul ayında Kazvin bölgəsində də bir əsgərin atəş açması nəticəsində 5 nəfər ordu nümayəndəsi dünyasını dəyişmişdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu