ABŞ və Cənubi Koreya birgə hərbi təlimlərə başlayır




Amerika Birləşmiş Ştatları və Cənubi Koreya ordusu bu gündən birgə hərbi təlimlərə başlayır. Virtualaz.org RİA Novosti-yə istinadən bildirir ki, “Ulchi Freedom Guardian” adlı hərbi təlimlər 10 gün (avqustun 31-dək) davam edəcək.



Təlimlər davamlı şəkildə ballistik raket sınağı keçirən Şimali Koreyaya xəbərdarlıq kimi qiymətləndirilir. Rəsmi Pxenyan, öz növbəsində, bu cür təlimləri "təxribat" adlandırıb və ABŞ-ı ölkəyə hücum hazırlamaqda ittiham edib.

Təlimlərdə təxminən 40 min hərbçinin iştirakı gözlənilir.

Xatırladaq ki, 2016-cı ildə keçirilən təlimlərə ABŞ-dan 25 min (o cümlədən 2, 5 min xaricdən cəlb olunmuş), Cənubi Koreyadan isə 50 min nəfərə yaxın hərbçi qatılmışdı.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu