Rusiya və ABŞ arasında Ukrayna üzrə gizli danışıqlar




Bu gün ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Volker Rusiya nümayəndəsi ilə görüşəcək.



Virtualaz.org RİA Novosti-yə istinadən bildirir ki, görüş Minskdə, mətbuat üçün qapalı şəraitdə keçəcək.

ABŞ Dövlət Departamenti bundan əvvəl bildirmişdi ki, Kurt Volkerin Rusiya nümayəndəsi ilə görüşündə Rusiya-Ukrayna münasibətlərinin müzakirəsi planlaşdırılır.

Dövlət Departamenti Rusiya nümayəndəsinin adını açıqlamayıb, amma daha əvvəl Ukrayna üzrə ABŞ-la dialoqu Rusiya prezidentinin köməkçisi Vladislav Surkov aparırdı.

Diplomatik mənbədən bildirilib ki, görüş günün ikinci yarısına planlaşdırılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu