Qırğızıstan hökuməti istefa verib
Qırğızıstan hökuməti tam tərkibdə istefa verib.
Bunu hökumətin iclasında Baş nazir Sooronbay Jeenbekov deyib. O, qeyd edib ki, hökümətin istefası oktyabrın 15-də keçiriləcək prezident seçkiləri ilə bağlıdır.
Qırğızıstan prezidenti Almazbek Atambayev isə hökumətin istefasını qəbul edib.
Qeyd edək ki, Qırğızıstan Sosial-Demokrat Partiyası Baş nazir Sooronbay Jeenbekovu prezident seçkilərində namizədliyini irəli sürüb. (azvision.az)