Barselona teraktının icraçısı tutuldu




İspaniyanın Barselona şəhərində terror aktı törədilməsində şübhəli bilinən Yunus Əbu Yaqub saxlanılıb.

İspaniyanın “La Vanguardia” qəzetinin yaydığı məlumatda bildirilir ki, terror aktını törətməkdə əsas şübhəli sayılan Yunus Əbu Yaqub Barselona əyalətinin San-Sadurni-dAnoyya şəhərində tutulub.

Xatırladaq ki, avqustun 17-də avtomobilin insanların üzərinə sürülməsi nəticəsində 15 nəfər ölüb, 130 nəfər xəsarət alıb. Terror aktını törədən şəxs hadisə yerindən qaçmışdı.

Onu da qeyd edək ki, İŞİD terror qruplaşması terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu