Ermənistan ordusunda cinayət hadisələri tüğyan edir




İşğal olunmuş ərazilərimizdə yerləşən düşmən ordusunun bölmələrində cinayət hadisələr baş verməkdə davam edir.

AFN erməni sosial şəbəkə istifadəçilərinə istinadən xəbər verir ki, Madagiz hərbi bazasında şəxsi heyət arasında nizamnamədən kənar qarşılıqlı münasibətlərin pozulması nəticəsində, bölük komandiri Qrikoryan vəzifəsindən sui-istifadə edərək tabeçiliyində olan Hamo adlı əsgərə qarşı fiziki güc tətbiq edib. Xəsarət alan əsgərin valideyinləri, övladlarına qarşı tez-tez belə hərkətlərə yol verildiyindən hüquq-mühafizə orqanlarına müraciət etmək məcburyyətində qaldıqlarını bildiriblər.

Ağdərə ətrafında yerləşən digər bölmələrin birində də döyüş mövqeyində post başçısı Tiqran ilə Sasun Spartaki Vağunts adlı hərbi qulluqçu arasında baş vermiş mübahisə nəticəsində hər iki hərbi qulluqçu müxtəlif bədən xəsarəti alıblar.

Baş verən hadisələri ört-basdır etmək mümkün olmadığından komandanlıq cinayət işi açılması üçün hərbi polisə müraciət edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu