Ana iki aylıq körpəsini 416 dollara satdı- Ermənistanda




Ermənistanda ana 2 aylıq körpəsini 200 min drama satıb.

Xəbəri Ermənistanın Aştarak polis idarəsi yayıb.

Belə ki, şəhər sakini 32 yaşlı Alvard M. 4 oktyabr 2016-cı ildə xəstəxanada dünyaya gətirdiyi 2 aylıq oğlan uşağını başqa bir ailəyə satıb.

Onun, körpəni Karpi kəndindən olan 49 və 36 yaşlı cütlüyə 200 min erməni dramına (416 dollar) satdığı bildirilir.

Polisdən həmçinin deyiblər ki, hadisə ötən il baş versə də, onlar bundan yalnız dünən - sentyabrın 12-də xəbər tutublar.(virtualaz)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu