Poroşenko özünü sülh prezidenti adlandırdı




Ukrayna prezidenti Pyotr Poroşenko özünü sülh prezidenti adlandırıb.

Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, o bunu Yaltada keçirilən beynəlxalq konfransdakı çıxışı zamanı bəyan edib.

“Biz düşmənin üzərinə hücum etmək ideyasına nifrət edirik. Biz bir daha bu faktı vurğulamaq istəyirik ki, əgər təcavüzkar Minsk razılaşmalarını pozsa və mənim orduma hücum etsə, çox böyük bədəl ödəyəcək. Bu, dəqiqdir. Lakin biz sülhün tərəfdarıyıq və mən sülh prezidentiyəm”, - deyə Poroşenko vurğulayıb.

Poroşenko, eyni zamanda Ukraynanın ABŞ-dan yalnız müdafiə silahı almayacağına da işarə edib və bu ay Donald Trampla görüşü zamanı silah tədarükü məsələsini müzakirə edəcəyini təsdiqləyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
[/related-news]
menyu
menyu