Erməni deputat Ermənistan Müdafiə Nazirliyi rəsmilərini ifşa etdi




“Ermənistan ordusu ancaq Rusiyanın hesabına döyüş qabiliyyətinə malikdir”.

AFN xəbər verir ki, bunu news.am saytının müxbiri ilə söhbətində “Tsarukyan” blokunun üzvü deputat Napoleon Əzizyan bildirib.

Bununla da ermənistanlı deputat 2016-cı ilin aprel döyüşlərindən sonra Ermənistan və Müdafiə nazirliyi rəsmilərinin öz ordularının “gücü, qüdrəti, yüksək peşəkarlığı, döyüş qabiliyyəti” barədə bir-birinin ardınca verdikləri pafoslu, reallığı əks etdirməyən bəyanatları ifşa edib.

“Bu gün bizim döyüş qabiliyyətli ordumuz var fikri sizə nəsə demir? Bu cür məhdud büdcə şəraitində döyüş qabiliyyətli ordumuzun olmasında Rusiya faktoru əsas rol oynayır”- deyə deputat Napoleon Əzizyan fikirlərinə yekun vurub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu