ABŞ Ukraynaya 500 milyon dollarlıq hərbi yardım ayırdı




ABŞ Senatının qəbul etdiyi büdcə layihəsi Ukraynaya 500 milyon dollar dəyərində hərbi yardımın ayrılmasını nəzərdə tutur.



Virtualaz.org bildirir ki, bunu Ukrayna prezidenti Petro Poroşenko özünün “Feysbuk” səhifəsində yazıb.

P.Poroşenko bildirib ki, sənədlə rəsmi Kiyevə müdafiə xarakterli letal (öldürücü) silahların verilməsi təsdiqlənib.

Ukrayna prezidenti vurğulayıb ki, Amerika silahları Donbasın azad olunmasında Кiyevə kömək edəcək: " Amerika silahları bizə ilk növbədə Donbasın azad olunması və Ukrayna ərazilərinin geri qaytarılmasında kömək edəcək".

Qeyd edək ki, ABŞ Senatı milli müdafiə xərclərinə dair 700 milyard dollarlıq büdcə layihəsini səs çoxluğu ilə qəbul edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
[/related-news]
menyu
menyu