Rusiyada təlimlər zamanı helikopter insanlara raket atdı- VİDEO




Hadisə Sankt-Peterburq yaxınlığında Luqa poliqonunda baş verib



Sankt-Peterburq yaxınlığındakı Luqa poliqonunda "Qərb-2017" təlimləri zamanı fövqəladə hadisə baş verib. "Ка-52" helikopteri təsadüfən tamaşaçılara tərəf raket buraxıb. "Report" "66.ru" portalına istinadən xəbər verir ki, tamaşaçılardan iki nəfər yaralanıb.

Mənbənin məlumatına görə, "hava-yer" raketləri ehtiyatsızlıqdan buraxılıb və raketin hissələri jurnalistlərə dəyib.
Hadisə zamanı iki nəfər ağır yaralanıb, bir neçə avtomobil yanıb.
İlkin məlumatlara görə, bədbəxt hadisə sentyabrın 17-də və ya 18-də baş verib, bu haqda rəsmi məlumat yayımlanmayıb.
Xatırladaq ki, sentyabrın 18-də Rusiya prezidenti Vladimir Putin Luqa poliqonunda olub. Onu müdafiə naziri Sergey Şoyqu müşayiət edib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu