İran nüvə proqramına dair əlavə danışıqlar aparmayacaq




“İran heç vaxt nüvə proqramına dair Hərtərəfli Birgə Fəaliyyət planı ilə bağlı yenidən danışıqlar aparmayacaq”. Bunu İran ali dini liderinin beynəlxalq məsələlər üzrə müşaviri Əliəkbər Vilayəti Fransanın müzakirələrin yenidən aparılmasına dair təklifinə münasibət bildirərkən deyib.



O bildirib ki, İran müzakirələrin yenidən aparılmasını heç vaxt qəbul etməyəcək: “Müzakirələr bir dəfə aparılıb. İran və 5+1 ölkələri uzunmüddətli müzakirə aparıb və müsbət nəticə əldə olunub".

İraq Kürdüstanında gözlənilən referenduma gəldikdə isə Ə. Vilayəti qeyd edib ki, İran region ölkələrinin, o cümlədən İraqın ərazi bütövlüyünü dəstəkləyir: “Əminliklə deyə bilərik ki, İraq kimi müstəqil bir ölkədə referendumun keçirilməsi o ölkəni parçalamaq üçün başlanğıcdır. Həm İraq hökuməti, həm İran İslam Respublikası və beynəlxalq ictimaiyyət buna qarşıdır".

O əlavə edib ki, əgər bu iş baş tutsa, proses digər ölkələrə də keçə bilər: “İraq sionistlər və israillilərin nüfuz dairəsinə çevriləcək”.

Ə.Vilayəti deyib ki, amerikalılar region ölkələrini zəiflətməyə çalışırlar. “Müxtəlif tayfaların hamisi olaraq regionda gərginlik yaradır. Amerika və bəzi Qərb ölkələri Suriyadakı gərginliyin yaranmasına birbaşa səbəbkar idilər. Eləcə də sionistlər onlarla birlikdə İŞİD-i yaratdılar və Suriyanı dağıtmaq istədilər, ancaq bacarmadılar. İran və müttəfiqləri qələbə qazandılar". (virtualaz.org)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu