KXDR-in xarici işlər naziri Trampı təhqir etdi




Şimali Koreyanın xarici işlər naziri Li Yon Xo ABŞ prezidenti Donald Trampın Birləşmiş Ştatların KXDR-i məhv etməyə hazır olması barədə hədələrini it hürüşünə bənzədib.



“Report” xəbər verir ki, nazir deyib: “Əgər o hesab edirsə ki, bizi it hürüşü ilə qorxuda bilər, onda bu, it yuxusudur”.

O, bununla “İt hürər, karvan keçər” məsəlinə işarə edib. Qeyd edək ki, Koreya dilində “it yuxusu" absurd və cəfəngiyat anlamını verir.

Nazir həmçinin Trampın Şimali Koreya lideri Kim Çen Inı “Raketmen” adlandırmasını da şərh edib: “Onun köməkçilərinə yazığım gəlir”.

Xatırladaq ki, Tramp bir müddət əvvəl müttəfiqlərini müdafiə etmək üçün onun Şimali Koreyanı məhv etməkdən başqa çıxış yolu qalmayacağını bildirmişdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu