ABŞ-ın vitse-prezidenti Rusiyanı “dünya üçün əsas təhlükə” adlandırdı




ABŞ-ın vitse-prezidenti Maykl Pens dünya üçün üç əsas təhlükəni açıqlayıb.

Virtualaz.org bildirir ki, bu barədə “Kommersant” məlumat yayıb.

Məlumata görə, Montoneqronun NATO-ya üzvlüyü ilə bağlı mərasimdən sonra Atlantic Council analitik fondu tərəfindən təşkil edilmiş təntənəli naharda Pens bəyan edib ki, Rusiya, İran və beynəlxalq terrorizm beynəlxalq birliyə əsas təhlükədir: “Dünya bu gün 25 il əvvəl baş verən kommunizmin çökməsindən sonra yaranan vəziyyətdən daha təhlükəlidir”.

ABŞ-ın vitse-prezidenti Şimali Atlantika Şurasının üzvlərinə, həmçinin Rusiyanın beynəlxalq sərhədləri dəyişmək cəhdindən danışıb.

Pens əlavə edib ki, ABŞ-ın əsas hədəfi NATO-nun daha da güclənməsi olmalıdır: “Güclü alyans – xüsusilə bu asan olmayan vaxtlarda, həyatı əhəmiyyətə malikdir”.

Onun sözlərinə görə, rəsmi Vaşinqton öz tərəfdaşlıq öhdəliklərini yerinə yetirməyə tamamilə hazırdır və alyansın bir üzvünə hücumun, bütün üzvlərə hücum anlamına gəlməsi prinsipinə sadiqdir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu