BMT Baş Assambleyası tarixində yeddi ən mübahisəli məqam

Xəbərin çap versiyası
Tarix: 21-09-2017, 20:17    |    Xəbər oxunub: 546 dəfə
BMT Baş Assambleyası tarixində yeddi ən mübahisəli məqam


Nyu-Yorkda BMT Baş Assambleyasının 72-ci sessiyası gedir. Sentyabrın 20-də Rusiya nümayəndə heyəti Litva prezidenti Dali Gribauskaytenin çıxışını boykot edərək, nümayişkaranə şəkildə zaldan çıxıblar. Gribauskayte daha öncə «Zapad-2017» Rusiya-Belarus birgə hərbi təlimləri ilə bağlı narahatlığını ifadə etmişdi. BMT-dəki çıxışı zamanı isə o bildirib ki, Rusiya öz ordusunu Qərb ölkələrinə hücuma hazırlayır.

Tarixboyu Baş Assambleyada başqa qalmaqallı çıxışlar da olub. Bu barədə “Currenttime.TV” yazıb.

Xroşşov və ayaqqabı

1960-cı ildə müstəmləkələr məsələsi geniş müzakirə olunurdu. Afrikanın 17 ölkəsi Avropa dövlətlərindən müstəqillik əldə etmişdilər. BMT Baş Assambleyasının 15-ci sessiyasında çıxış edən Sov.İKP MK-nın baş katibi Nikita Xruşşov hələ də müstəmləkələrinin bir hissəsini saxlayan Avropa ölkələrini qınayıb. Ondan dərhal sonra tribunaya qalxan Filippin nümayəndəsi bəyan edib ki, Sovet İttifaqının əsarəti altında olan Şərqi Avropa ölkələrini unutmaq olmaz.

BMT Baş Assambleyası tarixində yeddi ən mübahisəli məqam

Filippin nümayəndəsinin çıxışı zamanı Xruşşov bir neçə dəfə əlini masaya vurub. Az sonra hər kəs masanın üzərində ayaqqabı tayını görüb. Ancaq bugünədək onun ayaqqabı ilə masaya vurub-vurmadığı haqda vahid fikir yoxdur. Sovet nümayəndə heyətinin üzvləri deyirlər ki, Xruşşov ayaqqabısına düşmüş daş parçasını çıxarmağa çalışırmış. Sonradan BMT əməkdaşlarından biri deyib ki, əslində tribunadan öz yerinə qayıtmaqda olan Xruşşovun ayaqqabısı ayağından çıxıb və həmin xanım ayaqqabını ona qaytarıb. Guya Xruşşov ayaqqabını dərhal geyinməyib və bir müddət onu əlində oynadıb. Ancaq çoxsaylı şayiələrə görə, Xruşşov ayaqqabısını tribunanın özünə vurmayıb.

Fidel Kastro - ən uzun çıxış

Elə həmin 1960-cı ildə Kuba lideri Fidel Kastro Baş Assambleya tarixində ən uzun çıxışı edib. 4 saat yarım sürən çıxışda (çıxış limiti isə 15 dəqiqədir) o, ABŞ mətbuatını qınayıb, Amerikanı Kubanın təbii ehtiyatlarının istismarına görə tənqid edib, ABŞ-ı adada dəniz quldurluğu və cinayətkarlığın inkişafında ittiham edib. Kastro bundan başqa, ümumilikdə Kuba inqilabının mahiyyətini açıqlayıb. O həmçinin, BMT-nin Afrikadakı fəaliyyətini tənqid edib və Qərb ölkələrini «müstəmləkəçi», «inhisarçı» adlandırıb.

BMT Baş Assambleyası tarixində yeddi ən mübahisəli məqam

BMT-də şeytan

2006-cı ildə Venesuela prezidenti Uqo Çaves ABŞ prezidenti kiçik Corc Buşu «şeytan» adlandırıb. «Dünən bura şeytan gəlmişdi və buradan hələ də kükürd iyi gəlir», – Çaves öz çıxışını bu sözlərlə başlamışdı. (Bundan bir gün öncə tribunada kiçik Buş çıxış etmişdi). Çaves bu sözlərdən sonra xaç çəkmiş, sonra da əllərini birləşdirərək dua etmişdi.

Çaves bundan başqa, Buşu terrorçuluğu dəstəkləməkdə ittiham etmiş, onun İraqa müdaxiləyə görə tribunala verilməli olduğunu demişdi. Venesuela prezidenti amerikalı həmkarını psixiatra müraciət etməyə, Amerika xalqını isə tanınmış amerikalı filosof Noam Xomskinin «Hegemonluq və yaşamaq uğrunda mübarizə: ABŞ-ın dünya hakimiyyətinə can atması» kitabını oxumağa çağırmışdı.

Çavesin köhnə dostu Xomskinin özü bir neçə il sonra onu hakimiyyətin qəsbində və demokratik azadlıqları boğmaqda ittiham etmişdi.

BMT Baş Assambleyası tarixində yeddi ən mübahisəli məqam

Türk nümayəndə heyəti ilə dava

2011-ci ildə, Baş Assambleyasının 66-cı sessiyası zamanı Türkiyə nümayəndə heyətinin mühafizəçiləri BMT təhlükəsizlik xidməti əməkdaşları ilə dalaşmışdı. O zaman Rəcəb Tayyip Ərdoğan Fələstinin statusunun tanınması ilə bağlı iclasa gecikdiyinə görə yolu qısaldaraq qonaqlar üçün nəzərdə tutulmamış qapıdan keçməyə cəhd edib. BMT təhlükəsizlik xidməti isə Türkiyənin baş nazirini həmin qapıdan buraxmaq istəməyib. Dava nəticəsində bir əməkdaş xəstəxanaya yerləşdirilib.

BMT Baş Assambleyası tarixində yeddi ən mübahisəli məqam

Müəmmar Qazzafi - cırılmış BMT nizamnaməsi

2009-cu ildə Liviya lideri Müəmmar Qəzzafi Baş Assambleyadakı saat yarımlıq qalmaqallı çıxışı zamanı BMT Nizamnaməsini cıraraq yuxarıdakı tribunaya atıb, Təhlükəsizlik Şurasını isə «Terrorçuluq şurası» adlandırıb. O, NATO üzvü olan ölkələri «idiot» adlandırıb, onları «əl-Qaidə»ni dəstəkləməkdə ittiham edib.

Qazzafi öz çıxışı zamanı iki tərcüməçi dəyişib. Çıxışın birinci saatı ərzində işləyən tərcüməçilərdən biri yorularaq iştirakçıların qulaqcıqlarına qışqırıb: «Mən daha bacarmıram».

BMT Baş Assambleyası tarixində yeddi ən mübahisəli məqam

“Skype”la çıxış

2012-ci ildə məşhur araşdırmaçı-jurnalist, «Wikileaks»in yaradıcısı Culian Assanj Ekvadorun Londondakı səfirliyindən “Skype”la qoşularaq, Baş Assambleya qarşısında çıxış edib.

O, öz çıxışında Barak Obama administrasiyasını ictimai əhəmiyyətli informasiyanı gizlədiyinə və «Wikileaks» əməkdaşlarını təqib etdiyinə görə qınayıb. Assanjın özünü ABŞ-da gizli məlumatları dərc etdiyinə görə casusluqda suçlayırlar.

«Prezident Obamanın sözdə yox, əməldə dünyanı dəyişən qüvvələrə birləşməsinin vaxtı çatıb», - o deyib.

BMT Baş Assambleyası tarixində yeddi ən mübahisəli məqam

Nyu-Yorkda İran prezidenti əleyhinə bilbord

Baş Assambleyanın 2010-cu ildə keçirilən 65-ci sessiyası zamanı İran prezidenti Mahmud Əhmədinejad növbəti dəfə Holokostu şübhə altına alıb, ABŞ xüsusi xidmətlərini Yaxın Şərqə müdaxiləni artırmaq və İsraili müdafiə etmək üçün 11 sentyabr terror aktının təşkilində ittiham edib.

İran prezidentinin nitqinə cavab olaraq 32 ölkənin nümayəndəsi zalı tərk edib. ABŞ missiyasının mətbuat xidməti isə «miskin konspirasiya nəzəriyyələrini və antisemit təhqirləri» dinləmək niyyətində olmadığını bildirib və İran hökumətini öz vətəndaşlarının azadlıqlarını boğmaqda ittiham edib. Əhmədinejadın çıxışından sonra yüzlərlə amerikalı Nyu-Yorkda Baş Assambleyanın binası qarşısında etiraz etməyə toplaşıb.

BMT Baş Assambleyası tarixində yeddi ən mübahisəli məqam



AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
Hərbçilərin məzuniyyət pulunun verilməsi qaydası dəyişdirildi

Hərbçilərin məzuniyyət pulunun verilməsi qaydası dəyişdirildi

Azad Rəhimov:

Azad Rəhimov: Bəzi Olimpiya komplekslərinin inşası dondurulub

Bakıda iki şirkət arasında məhkəmə çəkişməsi

Bakıda iki şirkət arasında məhkəmə çəkişməsi

Aqrar Universitetdə strateji yol xəritəsi, məqsədlər və hədəflərə dair toplantı keçirilib-

Aqrar Universitetdə strateji yol xəritəsi, məqsədlər və hədəflərə dair toplantı keçirilib- FOTOLAR

İtaliyadan idxal edilmiş dekorativ bitkilərdə zərərli orqanizm aşkar edilib

İtaliyadan idxal edilmiş dekorativ bitkilərdə zərərli orqanizm aşkar edilib

“Super Sun” növbəti dəfə diplomla təltif edildi-

“Super Sun” növbəti dəfə diplomla təltif edildi- FOTOLAR

Qənirə Paşayeva Türk dünyasını Azərbaycan əleyhinə təbliğat aparanlara qarşı sərt mübarizəyə çağırıb-

Qənirə Paşayeva Türk dünyasını Azərbaycan əleyhinə təbliğat aparanlara qarşı sərt mübarizəyə çağırıb- FOTOLAR

“AzerGold” QSC-nin nümayəndələri Türkiyədə mədənçilik sahəsini araşdırır

“AzerGold” QSC-nin nümayəndələri Türkiyədə mədənçilik sahəsini araşdırır

Rusiyalı “Kommersant”:

Rusiyalı “Kommersant”: Bakıda “Panama dosyesi”nin izi ilə

Lavrov:

Lavrov: "Rusiya şirkətləri İraq Kürdüstanında fəaliyyətlərini genişləndirməkdə maraqlıdır"

Müəllimlərin maaşları artacaq-

Müəllimlərin maaşları artacaq- ŞAD XƏBƏR!

“Azərbaycan Standartlaşdırma İnstitutu” ilə KƏŞ arasında əməkdaşlıq Memorandumu imzalanıb

“Azərbaycan Standartlaşdırma İnstitutu” ilə KƏŞ arasında əməkdaşlıq Memorandumu imzalanıb

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur