«Müsəlman qardaşları»nın lideri həbsxanada öldü




Misirin "Müsəlman Qardaşlar" hərəkatının sabiq başçısı Məhəmməd Mehdi Akif vəfat edib.



"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, bu barədə Məhəmməd Akifin qızı məlumat verib və dəfn mərasiminin bu gecə keçirildiyini deyib. 89 yaşlı Akifin saxlanıldığı həbsxanada vəziyyətinin pisləşdiyi və aparıldığı xəstəxanada öldüyü deyilir.

Qeyd edək ki, Məhəmməd Mehdi Akif 2013-cü ildə Misirdə baş verən hərbi çevrilişdən sonra tutulmuş və 25 il həbs cəzasına məruz qalmışdı. Sabiq lider Misirin keçmiş prezidenti Hüsnü Mübarəkin hakimiyyəti illərində də "Müsəlman Qardaşlar"ının rəhbəri olmaqda ittiham edilərək azadlıqdan məhrum edilmişdi.

Akif İordaniya Krallıq Araşdırmaları Mərkəzinin 2009-cu ildəki araşdırmalarına görə İslam aləminin ən böyük təsir gücünə malik 12-ci şəxsi seçilmişdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu