Kürdlərin referendumu başa çatdı- səslər hesablanır




Türkiyə, İran və rəsmi Bağdadın dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, İraq Kürdüstanında müstəqillik referendumu keçirilib.

AzVision.az xəbər verir ki, bu gün səhər saat 08:00-da başlayan səsvermə 19:00-da başa çatıb.

Hazırda səslərin sayıldığı bildirilir. Seçkidən əvvəl referendumda 5 milyon 200 min seçicinin iştirak edəcəyi gözlənilirdi.

Referendumla əlaqədar bölgədə vəziyyət kritik həddədir. İraq hökuməti referendum qərarından imtina etməyən kürd lider Məsud Bərzanidən bütün sərhəd-keçid məntəqələrini və hava limanlarını təslim etməsini tələb edib. Eyni zamanda İran İraq Kürdüstanı ilə hava məkanını bağlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu