Ermənistan ordusunda xəsarət alanların sayının çoxalıb: valideynlər narazıdı

Xəbərin çap versiyası
Tarix: 7-10-2017, 12:02    |    Xəbər oxunub: 525 dəfə
Ermənistan ordusunda xəsarət alanların sayının çoxalıb:


Son vaxtlar Ermənistan ordusunda silah-sursatla davranış zamanı xəsarət alanların sayının çoxalması əsgər valideynlərinin ciddi narazılığına səbəb olub.



İşğal olunmuş ərazilərimizdə yerləşən Ermənistan ordusunun döyüş postlarından birinə yaxın ərazidə mina partlaması nəticəsində Yervand Xaçatryan və Roland Diyeğazaryan adlı hərbi qulluqçular müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Əsgər Vahe Qriqoryan isə ona təhkim olunmuş silahını təmizləyərkən mövcud nasazlıq səbəbindən açılan atəş nəticəsində əlindən yaralanaraq taborun tibb məntəqəsinə yerləşdirilib. Komandanlıq tərəfindən hadisə barədə əsgərin valideynlərinə məlumat verilməsi qadağan edilib.
Sırxavənd yaşayış məntəqəsi ərazisində müdafiə zolağında mühəndis-istehkam işləri apararkən Aşot İsraelyan adlı hərbi qulluqçu da bədən xəsarətləri alıb. Əsgərin valideynlərinə hadisənin təhlükəsizlik qaydalarının pozulması səbəbindən baş tutması barədə məlumat verilməsinə baxmayaraq, hərbi qulluqçunun yaxınları A.İsraelyana münaqişə zəminində xəsarət yetirildiyi iddiası ilə hüquq-mühafizə orqanlarına müraciət ediblər.
İşğal olunmuş ərazilərimizdə dislokasiya olunan düşmən ordusunun hərbi hissələrində son günlər baş verən hadisələr nəticəsində 10 nəfərdən artıq hərbi qulluqçu ciddi bədən xəsarətləri almışdır ki, bu da əsgər valideynləri tərəfindən sosial şəbəkələrdə Ermənistan Müdafiə Nazirliyinin rəhbərliyinin ünvanına çoxlu sayda şikayətlərin səsləndirilməsinə səbəb olub.
Valideynlərin haqlı narazılığına səbəb olan hallardan biri də Ermənistan müdafiə nazirliyi istintaq idarəsi tərəfindən aparılan cinayət işləri zamanı valideynlərin müxtəlif haqsızlıqlara və süründürməçiliklərə məruz qalmalarıdır. Valideynlər bildirirlər ki, istintaq aparan müstəntiqləri hadisələrdə günahı olanların müəyyən edilərək cinayət məsuliyyətinə cəlb olunması deyil, kimdən necə və nə qədər rüşvət ala biləcəkləri daha çox maraqlandırır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
Türk azarkeşlərdən “Qarabağ”a

Türk azarkeşlərdən “Qarabağ”a möhtəşəm dəstək-FOTOLAR

Qazaxıstanda 13 Azərbaycan vətəndaşı saxlanılıb

Qazaxıstanda 13 Azərbaycan vətəndaşı saxlanılıb

"Baku Electronics"dən müştəriyə onlayn satışda kələk

Ermənistanla bağlı Azərbaycanda çəkilmiş film Rusiyada qadağan edilib

Ermənistanla bağlı Azərbaycanda çəkilmiş film Rusiyada qadağan edilib

Kataloniya rəhbərliyi hakimiyyətdən kənarlaşdırıldı

Kataloniya rəhbərliyi hakimiyyətdən kənarlaşdırıldı

“Barselona” Arda Turanı satmaq istəyir

“Barselona” Arda Turanı satmaq istəyir

Barama FinTech Hackathon 2017 Mobile App layihəsinə qeydiyyat başladı

Barama FinTech Hackathon 2017 Mobile App layihəsinə qeydiyyat başladı

Vergilər Nazirliyinə işə qəbul imtahanı keçirilib

Vergilər Nazirliyinə işə qəbul imtahanı keçirilib

İqtisadiyyat naziri Ağdaşda vətəndaşları qəbul edib

İqtisadiyyat naziri Ağdaşda vətəndaşları qəbul edib

Qənirə Paşayevadan televiziyalara şəhidlərlə bağlı çağırış

Qənirə Paşayevadan televiziyalara şəhidlərlə bağlı çağırış

Müdafiə nazirindən qoşunlara tapşırıq

Müdafiə nazirindən qoşunlara tapşırıq

Gənc xanəndə Pərviz Qasımov solo konsert verəcək

Gənc xanəndə Pərviz Qasımov solo konsert verəcək

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur