Ermənistan ölən əsgərlə bağlı məlumatı hamıdan gizlədib


Ermənistan ölən əsgərlə bağlı məlumatı hamıdan gizlədib


Atəşkəs rejimini pozarkən Azərbaycan Ordusu tərəfindən məhv edilən 19 yaşlı Caplin Marqaryan Armavir vilayətinin eyniadlı icmasından olub.

AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu gün ölüm xəbəri yayılan təxribatçı əsgər dünən səhər saatlarında yaralanıb.

Ermənistanın Müdafiə Nazirliyi məlumatı gizlədib. Sinə nahiyəsindən yaralanan erməni əsgər təcili əməliyyata alınıb. Həkimlərin səylərinə baxmayaraq, 8 ay orduda xidmət edən Caplin Marqaryan axşam saat 3 radələrində ölüb.

Faktiki olaraq Ermənistanın Müdafiə Nazirliyi dünən təxribata cəhd edən erməni əsgərin yaralanmasını nəinki ictimaiyyətdən, əsgərin ailəsindən də gizlədib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu