Türkiyə ilə ABŞ arasında danışıqlar başladı


Türkiyə ilə ABŞ arasında danışıqlar başladı


Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ABŞ dövlət katibi Reks Tillerson arasında telefon danışığı olub.

AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, dövlət rəsmiləri son günlər Türkiyə ilə ABŞ arasında yaşanan diplomatik qalmaqal ətrafında fikir mübadiləsi aparıblar.

Hələlik görüşün detalları açıqlanmayıb.

Qeyd edək ki, oktyabrın 9-da Türkiyə və ABŞ arasında qeyri-immiqrasiya vizalarının qarşılıqlı verilməsi prosesi tam dayanıb. Tərəflər arasında diplomatik qalmaqal ötən həftə Türkiyədə ABŞ konsulluğunun əməkdaşı Metin Topuzun saxlanılmasından sonra baş verib.

Rəsmi Ankara onu Türkiyədə baş verən dövlət çevrilişi cəhdinin təşkilində ittiham olunan Fətullah Gülənlə əlaqədə şübhəli bilir. Lakin rəsmi Vaşinqton ittihamları qəbul etməyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu