Kataloniya rəhbərliyinə 5 gün vaxt verildi


Kataloniya rəhbərliyinə 5 gün vaxt verildi


"Kataloniya rəhbəri Karles Puçdemon oktyabrın 16-dək regional hökumət tərəfindən imzalanan müstəqillik bəyannaməsinə aydınlıq gətirməlidir. Cavab müsbət olsa və yaxud olmasa, Puçdemon müstəqillik bəyannaməsinin ləğvi barədə qərar verməlidir".

Bunu İspaniya hökumətinin başçısı Mariano Raxoy parlamentin aşağı palatasında çıxış edərkən bəyan edib. Mariano Raxoy bildirib ki, bu səbəbdən muxtariyyət rəhbərliyinə oktyabrın 16-dək vaxt verilir.

Qeyd edək ki, ötən gün Kataloniya hökumətinin rəhbəri Karles Puçdemon, onun müavini Oriol Junkeras və region parlamentinin spikeri Karme Forkadel müstəqillik haqqında bəyannaməni imzalayıblar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu