Barselonanı etiraz aksiyaları bürüdü


Barselonanı etiraz aksiyaları bürüdü


İspaniyanın Milli Məhkəmə Palatası oktyabrın 17-də “Kataloniya Milli Assambleyası”nın rəhbəri Jordi Kuişarın və “Omnium Cultural” təşkilatının prezidenti Jordi Sançezin girov hüququ olmadan həbs edilmələrinə dair qərar qəbul edib.

Virtualaz.org RİA Novosti-yə istinadən bildirir ki, hər iki şəxs regionda insanları üsyana çağırmaqda ittiham olunur.

Məhkəmə qərarından sonra minlərlə kataloniyalı Barselona küçələrinə çıxaraq “repressiyalar heç nəyi həll etməyəcək” kimi şüarlar səsləndirib.

Xatırladaq ki, bundan əvvəl İspaniya Konstitusiya Məhkəməsi Kataloniyada keçirilən müstəqillik referendumunun qanunsuz olduğunu bəyan edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu