BMT Təhlükəsizlik Şurası İraq hökuməti ilə kürdləri dialoqa çağırdı


BMT Təhlükəsizlik Şurası İraq hökuməti ilə kürdləri dialoqa çağırdı


BMT Təhlükəsizlik Şurası (TŞ) İraqın Kərkük vilayətində yaranan vəziyyətlə bağlı narahatlığını bildirib.



Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, BMT TŞ mətbuata verdiyi bəyanatda tərəfləri fikir ayrılığını Konstitusiya yolu ilə həll etməyə çağırıb. Təhlükəsizlik Şurası İŞİD-ə qarşı mübarizədə səylərin davam etdirilməsinin vacibliyini bildirib, İraqda tərəflər arasında dialoqun qurulması üzrə BMT-nin səylərini dəstəkləyib.

Xatırladaq ki, bazar ertəsi İraqın baş naziri, eyni zamanda İraq ordusunun ali baş komandanı Heydər əl-Abadi hərbçilərə Kərkük vilayətində təhlükəsizliyi və sabitliyi bərpa etmək tapşırığı vermişdi. Hazırda hökumət qüvvələri Kərkük şəhərinə (eyni adlı vilayətin inzibati mərkəzi) nəzarəti bərpa edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu