İraq hərbçiləri Kərkükdə kürdlərin əlindəki sonuncu şəhəri də nəzarətə götürdü


İraq hərbçiləri Kərkükdə kürdlərin əlindəki sonuncu şəhəri də nəzarətə götürdü


İraqın hökumət qüvvələri Kərkük əyalətinin kürdlərin əlində olan sonuncu şəhərini nəzarətə götürüb.

İraqın federal polis qüvvələri və xüsusi təyinatlı antiterror dəstələri əyalətin şimalında yerləşən Altunköprü yaşayış məntəqəsinə daxil olublar.

Şəhərin girişində kürdlərin “peşmərgə” qüvvələri ilə İraq ordusu arasında silahlı toqquşmanın baş verdiyi bildirilir. Lakin ölkənin güc strukturları bu xəbəri təkzib edib.

Xatırladaq ki, oktyabrın 16-da İraqın baş naziri Heydər əl-Əbadi Kürdüstanla mübahisəli regionlarda, o cümlədən muxtariyyətin tərkibinə daxil olmayan Kərkükdə təhlükəsizliyin və sabitliyin bərpa olunması üzrə kampaniyanın başlamasına göstəriş verib. Burada vəziyyət Kərkükün birtərəfli qaydada qoşulduğu muxtariyyətin müstəqilliyi barədə referendumdan sonra gərginləşib.

“Peşmərgə” Kərkükdən çıxdığı üçün İraq ordusu bir sutkadan da az müddət ərzində şəhər və onun ətraf rayonları üzərində nəzarətə yiyələnə bilib. Həmçinin vilayətdəki bütün neft yataqları və infrastrukturu da hökumət qüvvələrinin nəzarətinə keçib.(AzərTAc)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu