Türkiyə 17 ölkədəki səfirini geri çağırıb


Türkiyə 17 ölkədəki səfirini geri çağırıb


Türkiyənin 17 ölkədəki səfiri geri çağırılıb. Türkiyə KİV xəbər verir ki, bununla bağlı qərar “Resmi Gazete”da dərc olunub.

Vəzifəsindən azad olunan diplomatların bir qismi Xarici İşlər Nazriliyinin sərəncamına götürülüb.

Geri çağrılanlar arasında Türkiyənin Gürcüstandakı səfiri Zeki Levent Gümrükçü də var. O, ölkəsinin Belçikadakı səfiri təyin edilib.

Ankaranın Beliçikadakı təmsilçisi Mehmet Hakan Olcay da geri çağırılıb və Xarici İşlər Nazirliyində yeni vəzifəyə təyin edilib.

Rəsmi Ankara ümumilikdə 21 ölkəyə isə yeni səfir təyin edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu