ABŞ-ın dövlət katibi Myanmaya səfər edəcək


ABŞ-ın dövlət katibi Myanmaya səfər edəcək


ABŞ-ın dövlət katibi Reks Tillerson gələn həftə Myanmaya səfər edəcək.

ABŞ Dövlət Departamenti xəbər verir ki, R.Tillerson səfər zamanı Myanma rəhbərliyi ilə görüşəcək və Rohinca müsəlmanları ilə bağlı yaranan humanitar böhrandan çıxış yolunu və ölkənin demokratiya keçidini müzakirə edəcək.

O, bu məsələlərdə ABŞ-ın dəstəyini ifadə edəcək.

Dövlət katibinin ziyarəti ABŞ Prezidenti Donald Trampın noyabrın 3-14-də Asiyaya səfəri çərçivəsində gerçəkləşir.

Xatırladaq ki, Myanmanın xarici işlər naziri, ölkənin faktiki lideri olan Aun San Su Çji müsəlmanlar qovulduqdan sonra ilk dəfə Rakhayna, Arakana səfər edib. Bu bölgədə Rohinca müsəlmanlarına qarşı işlədilən cinayətdən sonra Aun San Su Çjinin həmin əraziyə ilk gedişidir.

Myanma liderinin təmsilçisi bildirib ki, Nobel sülh mükafatı laureatı Aun San Su Çji ölkə müsəlmanlarının anklavına, Maunqdo yaşayış məntəqəsinə baş çəkib.

Mütəxəssislərin fikinrcə, 2015-ci ildə seçkilərdə qələbə qazanandan sonra Rakhayna səfər etməyən Aun San Su Çji ABŞ dövlət katibinin gələcəyini bildiyindən müsəlmanların qətlə yetirildiyi və qovulğudu bölgəni ziyarət edib.

Qeyd edək ki, Myanmadan 800 minə yaxın müsəlman qonşu Banqladeşə sığınıb. Dövlət Departamenti ABŞ-ın Myanmanın Rakhayn ştatında insan haqqlarının pozulmasına görə rəsmi Neypidoya qarşı sanksiya tətbiq oluna biləcəyini bəyan edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu