İstanbulda terror aktının qarşısı alınıb


İstanbulda terror aktının qarşısı alınıb


Türkiyədə İstanbul Polis İdarəsinin Terrorla mübarizə şöbəsinə İŞİD terror təşkilatına bağlı dəstənin terror təşkilatının rəhbərliyinin təlimatı ilə terror aktı törətməyə hazırlaşdığı barədə məlumat daxil olub.

AzVision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, məlumatla bağlı keçirilən əməliyyatda 6 şübhəli saxlanılıb.

Onların yaşadıqları ünvanlarda aparılan axtarışlarda çox sayda təşkilati proqram və rəqəmsal material ələ keçirilib. Hazırda polis tərəfindən əməliyyatlar davam edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu