Putin Ərdoğanla keçirdiyi mətbuat konfransında əsəbiləşdi


 Putin Ərdoğanla keçirdiyi mətbuat konfransında əsəbiləşdi


Soçidə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya lideri Vladimir Putin arasında görüşdən sonra keçirilən mətbuat konfransında problem yaşanıb.

AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Putin çıxışa başlayan zaman sinxron tərcümə sistemi işləməyib. Türkiyə rəsmiləri Putinin çıxışını başa düşə bilməyiblər. Bu olay Rusiya prezidentini qəzəbləndirib.

O, problemin aradan qaldırılmadığını görüncə çıxışını dayandırıb. Daha sonra tərcüməçisinin köməkliyi ilə Putin çıxışına davam edib.

Qeyd edək ki, ümumimlikdə Ərdoğan-Putin görüşü 4 saat davam edib. Görüşdə Suriya başda olmaqda bir çox məsələlər müzakirə olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu