Tarixi razılaşma: Avropa ordusunu yaradır


Tarixi razılaşma:


Avropa İttifaqına daxil olan 23 ölkə Avropa Müdafiə Fondu yaratmaq məqsədilə Aİ Ordusu razılaşması barədə bildiriş imzalayıb.



"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, 5 milyard dollarlıq fond silah alışı, hərbi əməliyyatların maliyyələşdirilməsi məqsədilə istifadə ediləcək, həmçinin Aİ büdcəsindən istifadə edilərək fonda pul köçürmək mümkün olacaq.

ABŞ prezidenti Donald Trampın Aİ ölkələrini NATO-ya kifayət qədər maliyyə köçürülməməsində ittiham etməsi Aİ ordusunun yaradılma prosesini sürətləndirən amillərdən hesab edilir. Bu ordunun yaradılması ittifaqın hərbi məsələlərdə ABŞ-dan asılılığını kəskin azaldacaq.

ABŞ xarici siyasət bürosunun rəhbəri Federika Moqerini razılaşmanı tarixi qərar adlandıraraq bu addımın ABŞ-ın rəhbərliyindəki NATO-nun fəaliyyətlərini gücləndirəcəyini qeyd edib.

Almaniya xarici işlər naziri Ziqmar Qabriel qərarın Avropanın inkişafının təməl daşı olduğunu deyib.

Qeyd edək ki, qərar, dekabr ayında imzalanacaq razılaşma ilə qüvvəyə minəcək.

Orduya daxil olacaq ölkələr bunlardır: Avstriya, Belçika, Bolqarıstan, Çexiya, Xorvatiya, Kipr, Estoniya, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, İtaliya, Latviya, Litva, Lüksemburq, Hollandiya, Polşa, Rumıniya, Slovakiya, Sloveniya, İspaniya və İsveç.
Digər Aİ ölkələri də gələcəkdə üzv ola biləcəklər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu