Rza Zərrab yoxa çıxdı


Rza Zərrab yoxa çıxdı


ABŞ-da həbsdə saxlanılan Cənubi Azərbaycan əsilli Türkiyə vətəndaşı Rza Zərrabdan 5 gündür xəbər yoxdur.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyinə bağlı Federal Həbsxanalar Bürosunun rəsmi internet saytında "09135-104" nömrəli məhbus Rza Zərrabın 8 noyabrda azadlığa buraxılması barədə məlumat qeyd edilsə də, sonradan bu məlumat təkzib edilmişdi. Nyu York cənub bölgəsi federal prokurorluğu "Zərrab hələ də həbsdədir" açıqlaması ilə çıxış etmişdi.

Zərrabın vəkili Şeyda Yıldırım açıqlama verərək qeyd edib ki, Zərrabın azad edilməsi xəbəri doğru deyil, 5 gündür onun barəsində məlumat verilmir, xəbər ala bilmirlər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu