Türkiyə NATO ilə əlaqələri kəsməyəcək


Türkiyə NATO ilə əlaqələri kəsməyəcək


NATO-nun Norveçdəki təlimlərində baş verən insidentdən sonra Türkiyə Şimali Atlantika Alyansı ilə əlaqələri kəsməyi planlaşdırmır. Bunu Türkiyə prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın bəyan edib.



AzərTAc xəbər verir ki, İbrahim Kalının sözlərinə görə, Ankara belə bir insidentin necə baş verdiyini və gələcəkdə yenidən təkrar olub-olmayacağını bilmək istəyir.

Xatırladaq ki, Ankara və NATO arasında yeni gərginlik dalğası noyabrın 18-də yaranıb. Norveçdəki ştab təlimləri zamanı Mustafa Kamal Atatürkün və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın portretləri şərti düşmən qismində istifadə olunub. Bu səbəbdən 40 türk əsgəri təlimlərdən geri çağırılıb.

İnsidentdən sonra Norveçin müdafiə naziri, həmçinin NATO-nun baş katibi Yens Stoltenberq Türkiyə prezidentindən üzr istəyiblər. Ərdoğan isə bildirib ki, bu, üstü quru üzrxahlıqla örtülə biləsi hadisə deyil.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu