Ermənistan ordusu işğal etdiyi ərazilərdə növbəti təlimlər keçirdi


Ermənistan ordusu işğal etdiyi ərazilərdə növbəti təlimlər keçirdi


Ermənistan Silahlı Qüvvələri işğal etdiyi Azərbaycan ərazilərində təlimləri davam etdirir.

APA-nın verdiyi məlumata görə, noyabrın 20-dən 23-dək Dağlıq Qarabağda taborların taktiki təlimləri keçirilib. Təlimlərə ümumqoşun və tank hissələri cəlb olunub.

Separatçı rejimin "müdafiə naziri" Levon Mnatsakanyan təlimlərin gedişini izləyib.

Qeyd edək ki, bir neçə gün əvvəl də işğal altında olan ərazilərdə artilleriya və ağır texnikanın iştirakı ilə irimiqyaslı təlimlər keçirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu