Avropa İttifaqı Ermənistanı “qara siyahı”ya sala bilər


Avropa İttifaqı Ermənistanı “qara siyahı”ya sala bilər


Avropa İttifaqı Ermənistanı şirkət və fərdi şəxslərin milli vergitutmadan yayınaraq maliyyə fəaliyyəti göstərən ofşor ölkələrin siyahısına daxil edə bilər.

“Bloomberg” xəbər verir ki, bu barədə məlumat Aİ-nin vergitutma məsələləri üzrə xüsusi işçi qrupunun materiallarında qeyd olunub.

Ümumilikdə, Aİ-nin işçi qrupu əllərində olan sənədlər əsasında 90 yurisdiksiyanın vergi normalarına uyğunluğunu yoxlayır. Ermənistanla yanaşı Panama, Serbiya və Tunis daxil olmaqla 36 ölkə siyahıya daxil edilə bilər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu