Gürcüstanda ermənilərin yaşadığı kəndin keşişi oğurluq və pedofiliyada ittiham olunur


Gürcüstanda ermənilərin yaşadığı kəndin keşişi oğurluq və pedofiliyada ittiham olunur


Gürcüstanın Samtsxe-Cavaxeti bölgəsinin ermənilərin çoxluq təşkil etdiyi Tsxaltbila kəndinin katolik keşişi oğurluq və pedofiliyada ittiham olunur.



“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bununla bağlı kənd sakinləri bölgə prokurorluğuna müraciət ediblər.
İnformasiyaya əsasən, Tsxaltbila kəndinin sakinlərinin çoxu katolikdir.
Keşiş Anatoli İvanyukun təcavüz etdiyi uşaqlar əvvəllər sussalar da, indi ifadə verməyə hazır olduqlarını bildiriblər.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində vəziyyəti araşdırır. Hadisə ilə bağlı cinayət işi açılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu