ABŞ Əfqanıstanda əlavə qüvvələr yerləşdirməyi planlaşdırır


ABŞ Əfqanıstanda əlavə qüvvələr yerləşdirməyi planlaşdırır


ABŞ 2018-ci ilin əvvəlində Əfqanıstanda əlavə olaraq hərbi briqada yerləşdirməyi planlaşdırır. RİA “Novosti” xəbər verir ki, bu barədə ABŞ Hərbi-Hava Qüvvələrinin briqada generalı Lans Banç bildirib. Onun sözlərinə görə, amerikalı hərbçilər “Taliban” silahlıları ilə mübarizədə yerli qüvvələrə yardım edəcək.

Onun sözlərinə görə, Əfqanıstanda əlavə qüvvələrin yerləşdirilməsinə dair qərar ABŞ administrasiyasının bu ölkəyə dair yeni strategiyası çərçivəsində qəbul edilib.

Hazırda Əfqanıstanda 14500-dək amerikalı hərbçi xidmət edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu