Avropa İttifaqı Trampın Qüds qərarını dəstəkləmir


Avropa İttifaqı Trampın Qüds qərarını dəstəkləmir


Avropa İttifaqı ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması ilə bağlı qərarı dəstəkləmir.

Bunu Avropa İttifaqının təhlükəsizlik və xarici siyasət üzrə ali nümayəndəsi Federika Moqerini bəyan edib.

Onun sözlərinə görə, Avropa İttifaqı ölkələri öz səfirliklərini paytaxt Təl-Əvivdən Qüdsə köçürməyəcək.

Avropa İttifaqının təhlükəsizlik və xarici siyasət üzrə ali nümayəndəsi İsrailin baş naziri Benyamin Netanyahu ilə iki saat davam edən görüşdən sonra deyib: “Netanyahu digər ölkələrə bel bağlaya bilər, Aİ ölkələri tərəfindən belə addım atılmayacaq”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu