ABŞ Konqresi Gürcüstana raket satışını qadağan edə bilər


ABŞ Konqresi Gürcüstana raket satışını qadağan edə bilər


ABŞ Konqresində ABŞ-dan Gürcüstana raket satışına qadağa qoyulması təklif edilib.

"Report" xəbər verir ki, müvafiq qanun layihəsi respublikaçı senator Pol Rendom tərəfindən hazırlanıb.

P.Rendom Gürcüstan hökumətinin təklif olunan xarici hərbi satış barədə sənədi təsdiq etməməsi ilə əlaqədar Tbilisiyə 410 "Javelin" raketi, eləcə də 72 blok nişan-işəsalma qurğusunun satışına qadağa qoyulmasını istəyib.

Konqresin P.Rendomun layihəsini təsdiqləyəcəyi, ardından ABŞ prezidenti Donald Trampın müvafiq qanunu imzalayacağı təqdirdə sənəd qüvvəyə minəcək və ABŞ raketlərinin Gürcüstana tədarükünü dayandıracaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu