“Tramp Qüdsü İsrailə hədiyyə etmək istəyir”- Mahmud Abbas


“Tramp Qüdsü İsrailə hədiyyə etmək istəyir”-


“ABŞ prezidenti Donald Tramp sanki öz əyalətlərindən biri kimi Qüdsü İsrailə hədiyyə etmək istəyir”.

Bu fikirləri İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Qüds məsələsi ilə bağlı fövqəladə Zirvə toplantısında çıxış edən Fələstin lideri Mahmud Abbas deyib.

M.Abbas vurğulayıb ki, ABŞ bu qərarı ilə İsrail və Fələstin arasındakı vasitəçi rolunu itirib.

"Mən buradan sual edirəm. Dünya ölkələri necə olur ki, beynəlxalq hüquqa səssiz qala bilirlər. Necə ola bilir ki, ABŞ Qüdsü İsrailin paytaxtı kimi tanıyır? ABŞ-ın Beynəlxalq hüququ heçə sayması qəbul edilməzdir. Biz öz torpaqlarımızdayıq", - deyə M.Abbas deyib.

Fələstin lideri ABŞ Konqresinin FAT-ı terror təşkilatı kimi tanıması ilə bağlı məsələyə də münasibət bildirib: “Bizim ABŞ-la münasibətlərimiz var. Qarşılıqlı səfərlər edirik. Amma ABŞ konqresi Fələstin Azadlıq Təşkilatını terror təşkilatı kimi tanımaq istəyir. Biz heç vaxt terror təşkilatı olmamışıq, olmayacağıq. Terroru yaradanların kimlər olduğu bəllidir”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu