"Soyqırım"ı tanımağa çağıranlar Ermənistanın harada yerləşdiyini də bilmirlər"


1915-ci il hadisələrini “soyqırım” kimi tanımağa çağıran bəzi ölkələr heç Ermənistanın harada yerləşdiyini də bilmir.

Trend-in “TRT Haber” telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Avropa İttifaqı məsələləri naziri Volkan Bozkır bildirib.

Nazirin sözlərinə görə, Türkiyə 1915-ci il hadisələrinin siyasiləşdirilməsinin əleyhinədir.

O, əlavə edib ki, 1915-ci il hadisələri o dövrdə Osmanlı imperiyasında yaşamış bütün xalqlar üçün ümumi faciədir.

ABŞ prezidentinin gözlənilən çıxışı barədə sualı şərh edən V.Bozkır qeyd edib ki, Ankara Obamanın “soyqırım” ifadəsi işlətməyəcəyinə ümid edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu