Kiyevdə Saakaşvili tərəfdarlarının yürüşü başladı


Kiyevdə Saakaşvili tərəfdarlarının yürüşü başladı


Kiyevin mərkəzində Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili tərəfdarlarının "İmpiçment marşı" aksiyası başlayıb.



Virtualaz.org-un xarici KİV-ə istinadən məlumatına görə, aksiyada 4-6 min nəfər iştirak edir.

Bildirilir ki, Saakaşvili Şevçenko abidəsinin yanında iştirakçıları salamlayıb, onlara təşəkkürünü bildirərək "Kreşsatikə qədər və qələbəyə doğru" hərəkət etməyə çağırıb.

Mitinqçilər əllərində bayraqlar tutublar və "Yaşasın Ukrayna!" və "İmpiçment!" şüarları səsləndirirlər. İştirakçılar Kreşsatikdən keçərək Maydana doğru hərəkət edəcəklər və orada yığıncaq keçiriləcək.

Virtualaz.org xatırladır ki, bir az əvvəl Mixail Saakaşvili KİV-in, onun Ukrayna lideri Pyotr Poroşenkoya barışmaq təklifi ilə bağlı məktub yazdığı barədə informasiyasını təkzib etmişdi.

"Strana.ua" saytı xəbər yaymışdı ki, Saakaşvili bununla bağlı sualı cavablandırarkən "Mən onlara həmişəkindən daha çox hücüm edəcəyəm” deyib.

Yeri gəlmişkən, Ukrayna KİV-in yaydığı həmin informasiyada iddia olunurdu ki, guya Saakaşvilidən Poroşenkoya məktub var və o, prezidentə "deeskalasiya" təklif edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu