İrandakı etiraz aksiyalarında ölənlər 10-a çatıb- FOTOLAR
İranda beşinci gündür davam edən kütləvi etiraz aksiyaları zamanı ölənlərin sayı 10-a çatıb.
Bu barədə İranın dövlət telekanalı məlumat yayıb.
İranın ikinci ən böyük şəhəri olan Məşhəddə bahalığa etiraz olaraq başlanan və müxtəlif bölgələrdə hakimiyyətə qarşı şüarlarla davam edən kütləvi aksiyaları ölkəni çalxalayıb.