Mayk Tayson marixuana yetişdirmək üçün sahə alıb


Mayk Tayson marixuana yetişdirmək üçün sahə alıb


Boks üzrə keçmiş dünya çempionu Mayk Tayson ABŞ-da marixuana yetişdirmək üçün sahə alıb. "Report"un "The Blast"a istinadən verdiyi məlumata görə, 16 hektardan çox ərazi Kaliforniya ştatında yerləşir.



Burada yanvarın 1-dən marixuananın müalicə məqsədilə istifadə üçün satışına icazə verilib. 2016-cı ilin noyabrından ştatın 21 yaşdan yuxarı sakinləri marixuana çəkməyə, şəxsi istifadə üçün yetişdirməyə, habelə, az miqdarda narkotik maddə saxlamağa icazə alıblar.

Sahənin yarısını marixuana plantasiyası tutacaq. Habelə, Tayson onun yenidən işlənilməsi, yeni sortlarının üzə çıxarılması məqsədilə zavod açmaq niyyətindədir. Taysonun şirkəti marixuananın tibbi sahədə istifadəsinin araşdırılması ilə də məşğul olacaq.

Qeyd edək ki, Mayk Tayson mütləq çəkidə dünyanın ən güclü boksçularından olub. O, hələ də yenilənməsi mümkün olmayan çoxsaylı rekordlar müəyyənləşdirib. Tayson ən gənc dünya çempionu (20 yaş 144 gün) və ən gənc mütləq dünya çempionu (21 yaş) sayılır. ABŞ boksçusu karyerasını 2005-ci ildə başa vurub.

03.01.201815:54 118



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu