Jurnalistin sualı Ərdoğanı özündən çıxartdı


Jurnalistin sualı Ərdoğanı özündən çıxartdı


O, fransız jurnalisti peşman etdi



Jurnalistin sualı Fransada səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı hiddətləndirib. İstiPress-in məlumatına görə, "France 2" kanalının müxbir birgə mətbuat konfransı zamanı Ərdoğana "İŞİD-la bazarlıq edirsiz?", "Suriyaya silah gördərdiyiniz üçün peşmansınız?" sualı ünvanlayıb.

Sualdan hiddətlənən prezident jurnalisti FETÖ üzvlüyündə ittiham edib. "Sualı anlamadım. Kim silah göndərib? Sən FETÖ ağzı ilə danışırsan!.

Sən mənə belə sual verirsən, bəs Amerikadan niyə 4 min TIR-la Suriyaya aprdığı silahları soruşmursan? Jurnalist deyilsən? Bunları niyə yazmırsan? Sual verəndə bu məqamda həssas olun. FETÖ ağzı ilə danışmamağı öyrən".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu