Rusiyada 350 min məhkum amnistiyaya düşdü


Rusiya Dövlət Duması Böyük Vətən Müharibəsindəki qələbənin 70 illiyi ilə bağlı 350 min məhkum barəsində amnistiya elan edib.

Modern.az saytı Rusiya mətbuatına istinadən xəbər verir ki, qanunun lehinə 443 deputat səs verib. Dumanın vətəndaş, cinayət, arbitraj və prossesual qanunvercilik üzrə komitəsinin sədri Pavel Kraşennikov amnistiyaya düşəcək şəxslərin 200 mininin şərti azadlıqdan məhrum edilmişlər, qalanının isə həbsxanada cəza çəkənlər olacağını deyib.

Amnsitiya barədə təklifi parlamentə prezident Vladimir Putin göndərib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu