Yunanıstan Türkiyə gəmisini saxlayıb


Yunanıstan Türkiyə gəmisini saxlayıb


Bomba hazırlanmasında istifadə edilən partlayıcı daşıyan gəmi Liviyaya doğru hərəkət edirmiş



Türkiyəyə məxsus gəmi Yunanıstanın Girit sahillərində saxlanılıb.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bomba hazırlanmasında istifadə edilən partlayıcı daşıyan gəmi Liviyaya doğru hərəkət edirmiş.

İnformasiyaya əsasən, yük gəmiyə Türkiyənin Mersin və İskenderun limanlarında yüklənib və Tanzaniyaya məxsus olub. Gəminin Cibuti və Omana getməyi planlaşdırdığı haqqında məlumat yayılıb. Ancaq gəmi kapitanı yükün hamısının Liviyanın Misrata limanına aparılması təlimatını aldığını bildirib.

Məlumata görə, gəmidə ammonium nitrat, elektriksiz partlayıcılar və 11 ədəd maye qaz çəni olub.

Gəminin göyərtəsindəki 8 nəfər heyət üzvü də saxlanılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu